Mühüm elmi nəticələr
  • Göstərilmişdir ki, uzunömürlülərdə baş beynin bioelektrik aktivliyinin strukturu qoruyucu-tormozlanma proseslərin adaptiv-kompensator xarakter daşıyan üstünlüyünü əks etdirir. Uzunömürlülərin yaxın qohumlarında beynin funksional vəziyyəti neyro-endokrin proseslərin mərkəzi tənzimlənməsinin daha yüksək səviyyədə olduğunu göstərir.
  • Zəfəran ekstraktının (Сrocus sativus L. Iridaceae) erkək və dişi siçovullara per os verilməsinin reproduktiv funksiyaya müsbət təsiri aşkar edilmişdir.
  • Eksperimental şəraitdə poliklonal anticisimlərlə serotonin-modullu antikonsolidasiya zülalının blokadası vasitəsi ilə morfindən narkotik-psixi asılılığın aradan götürülməsinin immunokimyəvi üsulu işlənilib hazırlanmışdır.
  • İlk dəfə olaraq Azərbaycanın uzunömürlülük xəritəsi işlənmişdir. Göstərilmişdir ki, uzunömürlülük indeksi ayrı-ayrı regionlar üzrə 3,8‰ - 53‰ intervalında dəyişir, uzunömürlülük fenomeni ölkənin bütün ərazisində bərabər paylanmayıb lokal xarakter daşıyır.