Doktorantura və dissertantura

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologya İnstitutu aşağıdakı ixtisaslar üzrə doktorantura yolu ilə elmi kadrlar hazırlayır:

2411.01 - “İnsan və heyvan fiziologiyası” 

24.06.12 - “Biokimya”

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul qaydaları

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə (doktoranturanın fəaliyyət göstərdiyi Fiziologiya İnstitutunun rəhbərinin adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində AMEA tərəfindən müvafiq elan verilir.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olma­lıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti 4 ildir

 

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul qaydaları

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə (doktoranturanın fəaliyyət göstərdiyi Fiziologiya İnstitutunun rəhbərinin adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı;
  • «Fəlsəfə doktoru» və ya «Elmlər namizədin elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir və hər il məzuniyyət verilir.

Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi təhsil müddəti 5 ildir

 

Fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul qaydaları

Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsil müəssisələrində, elmi və digər təşkilatlarda çalışan mütəxəssislərin istehsalatdan ayrılmamaqla, elmi dərəcənin alınması üçün təhkim olunmaqla, dissertasiya işinin yerinə yetirilməsini təmin edir.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim- mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. «Elmlər doktoru» elmi dərəcəsinin dissertantlıq yolu ilə alınması üçün «Fəlsəfə doktoru» (elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant olmaq hüququna malik deyillər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil almaq hüququna malik deyillər.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda  olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının    vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında         şəhadətnamə);
  • «Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
  • çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturada təhsil müddəti 4 ildir.

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsil almaq hüququ

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağla­dıqları müqavilələr əsasında həyata keçirilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir.

Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində  «Azərbaycan dili» fənnindən əlavə doktorluq imtahanı verirlər.

 

 

Tel: (994 12) 432 98 99

E-mailmuxtarov.mahir@gmail.com, s.musayeva86@mail.ru