"Uzunömürlülüyün fiziologiyası" laboratoriyası

Struktur bölmənin adı

Uzunömürlülüyün fiziologiyası

Tel.

(994 12) 432 39 35, mob.: (994 50) 314 50 36

Faks

(994 12) 432 67 68

Elektron poçtu

kasumov48@mail.ru

Struktur bölmənin rəhbəri

b.ü.f.d. Çingiz Yusif oğlu Qasımov

İşçilərin ümumi sayı

9

Əsas fəaliyyət istiqamətləri

Azərbaycanın müxtəlif coğrafi zonalarında yaşayan uzunömürlülərin fizioloji durumunun elekroensefalik, psixofizioloji və elektrokardioqrafik qiymətləndirilməsi, endemik patologiyaların aşkarlanması, qanın biokimyəvi analizi

Əsas elmi nəticələri

Apşeron yarımadasında və Cənub bölgəsində aparılan tədqiqatlar göstərdi ki, uzunömürlülük fenomeni üçün ekoloji faktorların rolu əhəmiyyətli dərəcədə böyükdür. Apşeronun sahil yanı, dağlıq zonalarında yaşayan uzunömürlülər 100 yaşa çatmır, sağlamlıq durumuna görə isə Cənub bölgəsinin uzunömürlülərindən fərqlənir. Belə nəticəyə gəlinir ki, Apşeron uzunömürlülk üçün qeyri əlverişli hesab oluna bilər. Cənub bölgəsinin Astara, Lənkəran, Lerik rayonlarında yaşayan uzunömürlülərin sağlamlıq durumu yaşayış məskəninə görə (dağlıq , dağətətyi və sahilyanı) fərqlənir. Hər 3 rayonda tədqiq olunan uzunömürlülərin arasında kişilər, digər tədqiq olunmuş bölgələrlə müqayisədə sayca daha çoxdur. Lerik rayonunda yaşı 100-ü ötmüş uzunömürlülər 1600 metr yüksəklikdə qeydə alınır.