XƏBƏRLƏR Arxiv 72 Çap et
04.06.2018 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun əməkdaşi beynəlxalq konfransda iştirak etmişdir

     May ayının 29-dan iyunun 2-nə kimi  Sankt-Peterburqda  REA-nın İ.P.Pavlov adına Fiziologiya İnstitutunda  Rusiya  Fundamental Tədqiqatlar Fondunun dəstəyi ilə “Video və audio siqnalların prosessinqi neyrotexnoloiyalar kontekstində”  mövzusunda Beynəlxalq konfrans keçirilmişdir. Konfrans  çərçivəsində müxtəlif növ siqnalların  işlənməsi, multimediyanın və insanların cihazlarla qarşılıqlı əlaqəsinin ümumi problemləri müzakirə edilmişdir.

     Forumda akademik Abdulla Qarayev adına  Fiziologiya İnstitutunun “Görmənin fiziologiyası” yaradıcılıq qrupunun  rəhbəri, b.ü.e.d. Elmira Pənahova da iştirak etmişdir. O, “Olfaktor bulbektomiyadan sonra Moris hovuzunda ağ siçovullarda  gözlə nəzarət edilən davranışın tədqiqi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Alsheymer xəstəliyinin eksperimental modelində yaddaşın reabilitasiyası üzrə tədqiqatın nəticələri  təqdim edilmişdir.

     Məruzə digər ölkələrdən gələn nümayəndələr tərəfindən böyük maraqla dinlənilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.