XƏBƏRLƏR Arxiv 3600 Çap et
08.10.2018 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun direktoru Beynəlxalq Konqresdə iştirak etmişdir

     5-7 oktyabr 2018-ci il tarixdə Moskva şəhərində Konqres-Mərkəzdə "XXI əsrdə insanın psixi sağlamlığı" adlı II Beynəlxalq Konqresi keçirilmişdir. Psixi sağlamlığın qorunmasında təhsilin və maariflənmənin rolunun müzakirəsinə həsr olunmuş konqres, Ümumdünya Səhiyyə Təşkilatının himayəsi altında Ümumdünya Psixiatriya Assosiasiyası, Beynəlxalq Sosial Təminat Assosiyasiyası, Ümumdünya Psixoterapiya Şurası, Beynəlxalq "Autism Europe" Assosiyasiyası, Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasının Avropa Bürosu, Ümumdünya Psixososial Reabilitasiya Birliyi kimi dünyanın aparıcı peşəkar təşkilatlarının və Rusiyanın Səhiyyə, Təhsil və Elm, Əmək, İdman Nazirliklərinin dəstəyi ilə baş tutmuşdur. Tədbirdə psixi sağlamlığın qorunması üzrə 50-dən çox ölkədən 1000-dən artıq aparıcı ekspert iştirak etmişdir.

     Forumda AMEA-nın akad. Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru,  Azərbaycan Fizioloqlar Cəmiyyətinin və Azərbaycan Herontoloqlar Cəmiyyətinin sədri, b.ü.e.d. Ulduz Həşimova  “Beynin qocalması və koqnitiv funksiyaların saxlanmasında qidalanmanın rolu” adlı məruzəsi ilə çıxış etmişdir. Məruzədə İnstitutun yüksək uzunömürlülük indeksi ilə fərqlənən rayonlarda apardığı kompleks tibbi-bioloji tədqiqatlarınin nəticələri, xususilə uzunömürlü insanların koqnitiv status da daxil olmaqla sağlamlıq statusunun qiymətləndirilməsinə dair məlumatlar təqdim edilmişdır. Koqnitiv pozulmaların və demensiyanın inkişafının qarşısının alınması üçün qidanın rolunun əhəmiyyəti, bəzi fizioloji fəal maddələrin, o cümlədən azərbaycanlıların ənənəvi mətbəxində geniş istifadə edilən zəfəranın və kurkuminin heroprotektor effektlərinin tədqiqinin nəticələri xüsusilə qeyd edilmişdir.

     Məruzə böyük maraqla dinlənilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.