XƏBƏRLƏR Arxiv 2834 Çap et
11.07.2018 / Mühüm hadisələr Fiziologiya İnstitutunun əməkdaşı Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının həqiqi üzvü seçilib

     Bu günlərdə  Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyası Rəyasət Heyətinin BMT-nin İctimai İnformasiya  Departamenti ilə birgə keçirdiyi iclasda  AMEA-akad. Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Ekotoksikologiya” laboratoriyasının müdiri, b.ü.f.d. Qriqori Palatnikov Akademiyanın həqiqi üzvü (akademik) seçilmişdir.

     Akademiya 1995-ci ildə ətraf mühitin ekologiyası və qorunması sahəsində  mövcud olan problemlərin həlli ilə məşğul olan alim və mütəxəssislərin fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılmışdır. Jores Alferov, Aleksandr Soljenitsın (Nobel mükafatı laureatları), Valentina Tereşkova, Mixail Piotrovskiy və digər məhşur insanlar bu Akademiyanın fəxri üzvləridir.

     Qriqori Palatnikov 40 ildən artıqdir ki,  İnstitutda çalışır. Onun elmi fəaliyyətinin əsas istiqamətini ətraf mühitin müxtəlif çirklənmələrinin, o cümlədən neftlə çirklənmənin balıqların mərkəzi sinir sisteminə və davranışına təsirinin tədqiqi təşkil edir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.