XƏBƏRLƏR Arxiv 4086 Çap et
29.11.2018 / Mühüm hadisələr Fiziologiya İnstitutunda makulatura toplanması üzrə aksiya keçirilmişdir

     2018-ci il noyabrın 29-da AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda  institut rəhbərliyinin və Gənc alimlər şurasının təşəbbüsü ilə  təşkil olunmuş   kağızdan  qeyri-rasional istifadə olunması, onun emal edilməsi  problemlərinə və təbii resurslara qayğıkeş münasibətin təbliğinə diqqətin cəlb edilməsi məqsədi ilə makulaturanın  (yararsız kağız) toplanması üzrə aksiyanın  növbəti mərhələsi həyata keçirilmişdir.

     10 ay müddətində institut əməkdaşları tərəfindən müəssisənin ərazisində təşkil edilmiş məntəqəyə 1,5 ton makulatura təhvil verilmişdir.

     Aksiyada məqsəd təbii resurslardan səmərəli istifadə olunması probleminə və ölkəmizin meşə sərvətinin qorunmasına əhalinin diqqətini cəlb etməkdən ibarət olmuşdur. Ekoloqların apardıqları tədqiqatların nəticələrinə görə, 1 ton makulaturanın emal edilməsi oduncaqdan istifadə  olunması ilə müqayisədə 20 000 litr suya, 1000 kilovatt elektrik enerjisinə   qənaət edilməsinə və 1700 kq karbon qazının atmosferə tullanmasının qarşısının alınmasına kömək edəcəkdir. İkinci xammaldan kağız istehsalı üçün təkrar istifadə olunması, tullantının miqdarını azaltmaqla yanaşı, həm də ağacların kəsilməsini azaltmağa imkan verəcəkdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.