XƏBƏRLƏR Arxiv 2325 Çap et
10.12.2018 / Görüşlər Fiziologiya İnstitutunun beynəlxalq əlaqələri genişləndirir

     Fiziologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Elmira Ağayeva Minsk şəhərində elmi ezamiyyətdə olub.

     Ezamiyyət zamanı Belarus MEA-nın Fiziologiya İnstitutunda qocalma prosesinin innovativ reablitasiya tədbirlərinin işlənib hazırlanması məqsədilə bir sıra eksperimentlər aparılıb. E.N.Ağayeva Alzheymer xəstəliyinin eksperimental modelində görmə sisteminin funksiyalarının pozulması mexanizmlərininin neyrofizioloji analizi mövzusu üzrə bir sıra eksperimentlərdə birbaşa iştirak etmiş, yeni neyrofiozioloji tədqiqat üsulları ilə tanış olub. Alzheymer, Parkinson və Autizm xəstəliklərindən əziyyət çəkən insanların sayının durmadan artması kök hüceyrələrinin reparativ potensialının aşkar edilməsini və bu xəstəliklərin patogenezinin klinikaya qədərki dövrdə təyin edilməsini tələb edir.

     Eyni zamanda kök hüceyrələrinin innovativ usullarla tədqiqi üzrə beynəlxalq əməkdaşlıq haqqında müzakirələr aparılmış və tərəflərin görəcəyi işlərə dair razılıq əldə edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.