XƏBƏRLƏR Arxiv 2813 Çap et
20.12.2018 / Mühüm hadisələr Fiziologiya İnstitutu ilə Həştərxan Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb

     20 dekabr 2018-ci il tarixində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru b.ü.e.d. Ulduz Həşimova Həştərxan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı b.ü.f.d. Yelena Kondratenko  ilə görüşmüşdür. Görüş zamanı müəssisələr arasında yeni aktual istiqamətlər  üzrə  birgə elmi-tədqiqat fəaliyyətinin aparılması, təhsil  proqramlarının işlənib hazırlanmasıı və realizasiyası, birgə elmi konfransların, forumların,simpoziumların və s. keçirilməsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Astraxan Universitetinin dekanı həmçinin İnstitutun elmi əməkdaşları ilə görüşmüş və aparılan tədqiqat işləri ilə tanış olmuşdur. Görüşün sonunda Fiziologiya İnstitutu ilə Həştərxan Dövlət Universiteti  arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.