XƏBƏRLƏR Arxiv 73 Çap et
28.04.2017 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun həmtəsisçisi olduğu beynəlxalq müsabiqədə azərbaycanlı şagird qalib gəlib

     28 aprel 2017-ci il tarixdə Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun həmtəsisçisi olduğu “Rostok” Elmi-tədqiqat işlərinin I Beynəlxalq Gənclər konfrans-müsabiqəsi başa çatıb. 2017-ci ilin Rusiyada Ekologiya və Təbiətin Xüsusi Qorunan Əraziləri İli elan edilməsi ilə bağlı bu müsabiqədə Fiziologiya İnstitutunun himayəçilik etdiyi 132-134 saylı Təhsil kompleksinin 10-cu sinif şagirdi Məmmədov Asif  Elşad oğlu iştirak edib. Qeyd edək ki, A.E. Məmmədov 2 ay müddətində İnstitutun “Ekotoksikologiya” laboratoriyasında b.ü.f.d. Palatnikov Qriqori Mixayloviçin rəhbərliyi altında hazırlıq keçib. Müsabiqənin yekun nəticələrinə əsasən o, I yerə layiq görülüb və müvafiq sertifikatla təltif olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.