XƏBƏRLƏR Arxiv 3511 Çap et
24.06.2017 / Mühüm hadisələr Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

     22-23 iyun 2017-ci ildə Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikası Prezdenti İşlər İdarəsi Tibb Mərkəzinin Qazaxıstan Respublikasının, Herontoloqlar Cəmiyyətinin və Avrasiya Herontologiya, Geriatriya və Antiqocalma Təbabəti Assosiasiyası ilə bigə təşkil etdiyi Herontoloqların II Avrasiya Qurultayı keçirilib. Qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələlər müzakirə olunub.

     Görüşdə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Herontologiya Cəmiyyətinin prezidenti, b.ü.e.d. U.F. Həşimova iştirak edib. O, Azərbaycanda yaşayan uzunömürlüyün yüksək indeksli populyasiyalarının öyrənilməsi üzrə elmi-tədqiqat proqramının nəticələri haqqında məruzə ilə çıxış edib. Tədqiqatın proqramında anamnestik məlumatların toplanması, sağlamlıq statusunun kompleks qiymətləndirilməsi və qanın ümumi və biokimyəvi analizi də daxil olmaqla bir sıra biokimyəvi göstəricilərin təyin edilməsi nəzərdə tutulmuşdur. İş prosesində uzunömürlülərin qidalanma xüsusiyyətlərinə və beynin bioelektrik aktivliyinin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. Məruzə digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.

     Onu da qeyd edək ki, qurultayda U.F.Həşimova Avrasiya Herontologiya, Geriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.