Magistratura

Fiziologiya canlı orqanizmin fəaliyyətlərinin icra mexanizmini açmaqla, onlar arasındakı əlaqəni, təkamülünü və fərdi inkişaf proseslərini öyrənir . AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu da fiziologiya elminin öyrənilməsi, yüksək ixtisaslı mütəxəssis hazırlığı və ölkəmizin çoxsaylı universitetlərinin məzunları olan bakalavrların magistr dərəcəsi alması ilə müntəzəm məşğul olur. Eyni zamanda biliklərin artırılmasında, cəmiyyətimizə layiqli mütəxəsislərin yetişdirilməsində professor, dosent və digər elmi işçilərimiz elmi-təcrübə və təhsil prossesində bacarıq və biliklərini əsirgəmirlər.

Tələbələrin fiziologiya elminə dərindən yiyələnmələri üçün ən müasir prioritet (Altsheymer, Parkinson, epilepsiya kimi xəstəliklərin öyrənilməsi istiqamətində elmi axtarışlar) immunofiziologiya və eksperimental transplantologiya sahəsi; ekoloji fiziologiya (ekotoksikologiya; mühit amilləri və analizatorların formalaşması) sahəsi; inteqrativ fəaliyyətin molekulyar əsasları sahəsi; görmənin fiziologiyası sahəsi; qocalmanın fiziologiyası sahəsi və s.  istiqamətlər təklif olunur.

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun qapıları, fiziologiya sahəsində biliklərə yiyələnmək, magistraturada keyfiyyətli təhsili davam etdirmək istəyən tələbələrin üzünə həmişə açıqdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.