Beynəlxalq tədbirlər
     2017-ci il oktyabrın 10-11-də Bakı ş. Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun
50-illiyinə həsr olunmuş Azərbaycan Fizioloqların V Qurultayı keçirilib.
 
     Qurultayın işində xaricdən gələn nüfuzlu alimlər də iştirak etmişdilər. Xüsusən, Rusiya Federasiyasının REA-nın P.K.Anoxin adına Normal Fiziologiya İnstitutunun direktoru, t.ü.e.d., REA-nın müxbir üzvü S.K.Sudakov; Gürcüstan İ.Beritaşvili adına Biotəbabət Mərkəzinin direktoru, b.ü.e.d. D.K.Nadareyşvili; Rusiya Federasiyasının Moskva Dövlət Universitetinin Biologiya fakultəsinin “Davranışın fiziologiyası və genetikası” laboratoriyasının rəhbəri, b.ü.e.d., prof. Z.A.Zorina; Rusiya Federasiyasının Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin “Yaddaş mexanizmlərinin təkamülü” laboratoriyasının rəhbəri, b.ü.e.d. A.N.İnozemtsev və başqaları. Qurultayın açılışında AMEA-nın Prezidenti, akademik Akif Əlizadə, AMEA-nın Vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov iştirak etmişlər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 BMT-Malta Beynəlxalq Qocalma İnstitutu və Azərbaycan Herontoloqlar Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilat dəstəyi ilə 13-15 noyabr 2017-ci il tarixində Bakıda herontologiya  və  heriatriya üzrə Beynəlxalq məktəb çərçivəsində treninq keçirilib.
 

İştirakçılar: Prof., Ph.D., Marvin Formoza - Director of International Institute on Ageing, United Nations-Malta (INIA), Ph.D., Aleksandr  Sidorenko – Sosial təminat sahəsində Avropa siyasət və tədqiqat Mərkəzinin baş məsləhətçisi (Avstriya), T.e.d., Prof. Andrey İlnitskiy – “Herontologiya” elmi-tədqiqat tibb mərkəzi olan muxtar qeyri-kommersiya təşkilatının direktorunun birinci müavini, Terapiya, geriatriya və yaşlanma əleyhinə tibb kafedrasının müdiri, İPK FMBA Rusiya və başqaları, AMEA-nın akademik-katibi Ə.T.Əmiraslanov, b.ü.e.d., prof. U.F.Həşimova və b.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fiziologiya institutu AMEA Yüksək Texnologiyalar Parkı ilə birgə AMEA RH-nin və Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 1-2 iyun 2018-ci il tarixdə Naftalan şəhərində beynəlxalq səviyyəli ”Naftalan-2018” elmi-praktiki konfransı keçirmişlər.
 
Konfrans çərçivəsində naftalan neftinin əsasında işlənən innovativ məhsulların sanator-kurort və tibbi-bərpa sektorunda istifadə problem və perspektivləri müzakirə edilmişdir. Konfransda Azərbaycan alimləri ilə yanaşı Çex Respublikası, Qazaxstan və Gürcüstandan dəvət olunmuş alim və mütəxəssislər iştirak etmişdir.