"XXI ƏSR FİZİOLOGİYASI" konfransı

Akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr olunmuş

“XXI ƏSR FİZİOLOGİYASI” mövzusunda

gənc alim və mütəxəssislərin elmi konfransının keçirilməsi haqqında

 

M Ə L U M A T

 

10 aprel 2020-ci il

 

Hörmətli həmkarlar!

Sizi akademik Abdulla Qarayevin 110 illik yubileyinə həsr olunan “XXI ƏSR FİZİOLOGİYASI” mövzusunda gənc alim və mütəxəssislərin elmi konfransında iştirak etməyə dəvət edirik. Müasir fiziologiyanın və əlaqəli elmlərin fundamental və tətbiqi problemləri konfransda diqqət mərkəzində olacaq. Konfransda 40 yaşınadək gənc alim və mütəxəssislər iştirak edə bilər.

Konfrans çərçivəsində ən yaxşı şifahi və poster təqdimatlarının müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.


Konfransın təşkilatçıları:

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ

BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ

AKADEMİK ABDULLA QARAYEV adına FİZİOLOGİYA İNSTİTUTU

BAKI DÖVLƏT UNİVERSİTETİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

 

KONFRANSIN TEMATİK BÖLMƏLƏRİ:

  • Fizioloji funksiyaların molekulyar-genetik əsasları
  • Ekoloji fiziologiya və toksikologiya
  • Yaş və təkamül fiziologiyası
  • Neyrofiziologiya
  • Adaptasiyanın və patoloji vəziyyətin korreksiyasının fiziologiyası
  • Immunofiziologiya
  • İdman fiziologiyası və biokimyası, idman təbabəti
  • Kurortologiya və fizioterapiya

 

KONFRANSIN İŞ FORMASI - şifahi məruzələr, posterlər.

Şifahi təqdimat: 15 dəq. Poster təqdimatı üçün ölçülər: hündürlüyü 120 sm və eni 90 sm-dən çox olmamalıdır.

KONFRANSIN İŞÇİ DİLİ – Azərbaycan, rus və ingilis dilləri

 

QEYDİYYAT
Konfransda iştirak etmək üçün  qeydiyyat formasını doldurub DOC formatında əlavə edilmiş faylda və ya e-mailin mətninə daxil etməklə farkhadrust@gmail.com elektron ünvanına göndərməyinizi xahiş edirik.

QEYDİYYAT FORMASI

Soyadı, adı, atasının adı:

Anadan olduğu il:

İş yeri:

Vəzifəsi, elmi dərəcəsi, elmi adı:

İştirak forması (şifahi məruzə/poster/tezisin çapı):

Tematik bölmə:

Tezisin adı:

Tel.:

E-mail:

 

TEZİSLƏR

Tezislər 15 mart 2020-ci il tarixinədək qəbul edilir.

Tezislər konfrans materialları məcmuəsində dərc ediləcək. Tezislər 3 dildə (azərbaycan, ingilis, rus) Təşkilat Komitəsinə - Rüstəmov Fərhad Elxan oğlunun elektron ünvanına (farkhadrust@gmail.com) məktuba əlavə edilərək göndərilməlidir; məruzəçinin adı, atasının adı və soyadı latın əlifbasında və konfransın müvafiq tematik bölməsi e-mailin başlığında göstərilir.

Tezislərin çapının qiyməti: 25 AZN.

Tezisin tərtib edilməsi üçün qaydalar:

Tezis A4 formatında bir səhifədən artıq olmayaraq (MICROSOFT WORD, 12, interval – 1,  səhifənin kənarlarında boşluqlar: yuxarı və alt - 2 sm, sol - 3 sm, sağ - 1 sm), şəkilsiz və cədvəlsiz təqdim edilməlidir.

Birinci abzas: TEZİSİN ADI

İkinci abzas: Müəllifin/müəlliflərin adı, atasının adı və soyadı. Əgər müəlliflər müxtəlif təşkilatlardandırsa onların mənsubiyyətləri nümunədə göstərildiyi kimi rəqəmlə yuxarı registrdə göstərilməlidir. Yalnız bir tezisdə birinci müəllif olmağa icazə verilir.

Üçüncü abzas: Təşkilatın adı (ixtisarlar olmadan), şəhər, ölkə.

Dördüncü abzas: elektron poçt ünvanı.

Beşinci abzasdan boş aralıqla tezisin mətni başlanır.

Tezisin  hazırlanmasına dair nümunə:

TƏNZİMLƏNMƏDƏ AMİQDALANIN ROLU
İ.İ. Əliyev1, P.P. Məmmədov2

1AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, 2Azərbaycan Tibb Universiteti Bakı, Azərbaycan

aliyev@mail.ru

 

            Tezisin                                                                                                          mətni...

 

Sizi və həmkarlarınızı konfransımızda salamlamaqdan məmnun olarıq!

Təşkilat komitəsi bu məlumatın gənc həmkarlarınıza çatdırılmasını xahiş edir!

Təşkilat Komitəsinin ünvanı: Bakı şəhəri, Şərifzadə küç., 78

AMEA akademik Abdulla Qaraev adına Fiziologiya İnstitutu

Elektron poçt: azinphys@physiology.science.az

İnstitutun saytı: http://www.physiology.az

Tel.: (994 12) 432-15-20 (təşkilat komitəsi), (994 77) 388-80-81 (Məsul katib – Fərhad Rüstəmov)

KEÇİRİLMƏ YERİ HAQQINDA ƏLAVƏ MƏLUMAT VERİLƏCƏK.