XƏBƏRLƏR Arxiv 62 Çap et
06.03.2020 / Konfranslar, iclaslar İnstitutda 8 Mart - beynəlxalq qadinlar günü münasibətilə tədbir keçirilib

AMEAnın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda           8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Həmkarlar Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev bu əlamətdar gün münasibəti ilə qadınları təbrik edib. Beynəlxalq Qadınlar gününün yaranma tarixinə nəzər salan Ə.Hacıyev bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğu, müasir dövrdə də qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında xüsusi rolu olduğunu vurğulanıb.

Daha sonra “Təbii mənşəli heroprotektorların farmakologiyası” laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Xanağa Babayev, “Neyrofiziologiya” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Elmira Ağayeva qadınları ürək sözləri ilə təbrik edib, onların cəmiyyətdə, ailədə, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında müstəsna rolundan danışıblar.

Sonda institutun qadın əməkdaşlarına bayram münasibətilə hədiyyələr təqdim edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.