XƏBƏRLƏR Arxiv 204 Çap et
11.03.2020 / Yeni nəşrlər Ulu öndər Heydər Əliyevə həsr olunan “Xilaskar” kitabı işıq üzü görüb

General Həsən Şirinovun ulu öndər Heydər Əliyev haqqında qələmə aldığı “Xilaskar” kitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru, akademik Kamal Abdullayev, məsləhətçisi Yeni Azərbaycan Partiyası icra katibinin müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru Siyavuş Novruzov, ədəbi redaktoru Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, rəyçisi isə tarix üzrə elmlər doktoru İsgəndər Quliyevdir.

Kitabda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri, həyata keçirdiyi qlobal layihələr əksini tapıb. Vəsaitin fəsilləri Heydər Əliyev şəxsiyyətinin müxtəlif tərəflərinə işıq salmaqla yanaşı, həm də müəllifin portret cizgilərini ortaya qoyur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.