XƏBƏRLƏR Arxiv 303 Çap et
12.03.2020 / Maraqlı məlumatlar Fiziologiya İnstitutunda dezinfeksiya işləri aparılıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda dünya ölkələrində aşkarlanan koronavirus epidemiyasına qarşı (COVID-19) tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə elmi müəssisənin laboratoriya otaqları, konfrans zalı, kitabxana və dəhlizlərində dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, Fiziologiya İnstitutunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə davamlı olaraq işlər görülür. Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tərəfindən koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında institut əməkdaşlarına maarifləndirici məlumatlar verilir. Əməkdaşların baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahasızlıq, mədə-bağırsaq sisteminin pozulması kimi hallara rast gəldikdə dərhal həkimə müraciət etmələri tövsiyə olunur. Bildirilir ki, profilaktik tədbirlər olaraq əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul edilməsi önəmlidir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.