XƏBƏRLƏR Arxiv 45 Çap et
20.05.2020 / Yubileylər İnstitutun Mülki Müdafiə Qərərgahının rəisi vəfat edib

Fiziologiya İnstitutunun Mülki Müdafiə Qərərgahının rəisi  mayın 14-də ömrünün 61-ci ilində vəfat edib.

Təcrübəli mütəxəssisi Həsənov Nazim Bayram oğlu Qərbi Azərbaycanda (indiki Ermənistan) 1959-cu il oktyabrın 10-da dünyaya gəlib. 2015-ci ildən isə İnstitutda əmək fəaliyyətinə başlayıb. Nazim Həsənovun peşə fəaliyyəti dövründə institutda baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması istiqamətində işin aparılması, iş yerinin mülki müdafiə tələblərinə uyğunlaşdırılması sahəsində özünəməxsus xidmətləri olub.

O, əmək fəaliyyəti dövründə qazandığı təcrübəni həm müəssisə rəhbərliyi, həm də əməkdaşlarla paylaşıb, təşkilatçılıq qabiliyyəti, insanlarla işləmək bacarığı ilə kollektivin rəğbətini qazanıb.

Təcrübəli mütəxəssis, təvəzökar insan Nazim Bayram oğlu Həsənovun əziz xatirəsi Fiziologiya institutu kollektivinin qəlbində daim yaşayacaqdır.

 

ALLAH RƏHMƏT ELƏSİN!