XƏBƏRLƏR Arxiv 82 Çap et
22.07.2020 / Mühüm hadisələr Fiziologiya İnstitutunun əməkdaşları hər an vətəni müdafiəyə hazırdır

Könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətləri davam edir.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışa AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu da qoşulub.

Belə ki, İnstitutun əməkdaşları, Elmi innovasiya və informasiya şöbəsinin proqramlaşdırıcıları İlkin Bəxtiyar oğlu Yunusov və Fərid Zaur oğlu Sultanov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar. İ.Yunusov və F.Sultanov hər an Ali Baş Komandanın əmri ilə cəbhəyə getməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması, insanların sağlamlığının qorunması üçün karantin rejiminin tələblərinə riayət edilməsi məqsədilə vətəndaşlara öz müraciətlərini qeydiyyatda olduqları idarə, şöbə və ya bölməyə gəlmədən www.seferberlik.gov.az saytından “Könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyat” - https://exidmet.seferberlik.gov.az/Volunteer/Service - elektron xidməti vasitəsilə həyata keçirmələri tövsiyə edilir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.