XƏBƏRLƏR Arxiv 20 Çap et
29.07.2020 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun əməkdaşı beynəlxalq forumda iştirak edib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun  “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının böyük elmi işçisi Şövqi Hüseynov beynəlxalq forumda iştirak edib.

Gənc alim Şotlandiyanın Glazqo şəhərindən idarə olunan Beynəlxalq Beyin Tədqiqatları təşkilatının (IBRO) və Avropa Sinir Elmləri Cəmiyyətləri Federasiyasının (FENS) təşkilatçılığı ilə keçirilən Virtual forumda məruzə ilə çıxış edib.

Beynəlxalq ölkələrdən qatılan 7000 alimin iştirakı ilə baş tutan forumda İngilis dilində hazırladığı “Narkotik asılılığın supressiyasında serotoninergik sistemin 2 müxtəlif yolla iştirakı” adlı E-Poster məruzə ilə Ş.Hüseynov daha bir uğura imza atdığını bildirib. Beləki, o, öncədən təyin olunmuş şərtlərə əsasən ən yaxşı e-poster məruzəçi kimi PERC qrantına layiq görülməklə forumun iştirak və üzvlük haqqlarından azad edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.