XƏBƏRLƏR Arxiv 79 Çap et
08.10.2020 / Mühüm hadisələr Fiziologiya İnstitutunun kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırdı

Fiziologiya İnstitutunun kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 5340 manat vəsait köçürüb.

Silahlı qüvvələrimiz Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə misilsiz qəhrəmanlıq nümayiş etdirir, mənfur düşmənə sarsıdıcı  zərbələr vuraraq onu torpaqlarımızdan çıxmağa vadar edir. İnstitutun bütün əməkdaşları Ali Baş Komandanın rəhbərliyi altında tariximizdə yeni şanlı səhifə yazan, qürur mənbəyimiz olan ordumuza haqq yolunda yeni zəfərlər arzulayır!

Əminik ki, Qarabağ torpağı tezliklə düşmən tapdağından azad ediləcək, igid əsgərlərimiz Azərbaycan Bayrağını Şuşada, Xankəndində ucaldacaq.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.