XƏBƏRLƏR Arxiv 93 Çap et
15.10.2020 / Yeni nəşrlər “Fiziologiya Terminləri Lüğəti” çapdan çıxıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu tərəfindən hazırlanmış fizioloji terminlərin 3-dilli lüğəti çapdan çıxıb.

“Fiziologiya terminləri lüğəti (rusca, ingiliscə, azərbaycanca)” adlanan elmi-sorğu vəsaitində müasir fiziologiyada, eləcə də onunla əlaqəli digər elm sahələrində geniş istifadə olunan 4 minə yaxın termin yer almışdır. Lüğətin strukturu terminlərin rus-ingilis-azərbaycan formatında kiril əlifbası sırası ilə qurulub və azərbaycan dilində terminlərin elmi izahı verilib. Lüğət insan və heyvan fiziologiyası sahəsində çalışan mütəxəssislər, həkimlər, tibbi təhsil verən universitetlərin müəllim və elmi işçiləri,  tərcüməçilər üçün nəzərdə tutulub. Biologiya və tibb ixtisasları üzrə təhsil alan tələbələr, magistrantlar da lüğətdən köməkçi tədris vəsaiti kimi faydalana biləcəklər.

Qeyd edək ki, insan və heyvan fiziologiyası terminləri üzrə ilk rusca-azərbaycanca lüğət 1960-cı ildə akademik Abdulla Qarayev və professor Məhərrəm Mustafayev tərəfindən tərtib edilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.