XƏBƏRLƏR Arxiv 108 Çap et
06.11.2020 / Mühüm hadisələr Fiziologiya İnstitutunun fəxri

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamı AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda çalışan və ehtiyatda olan hərbi vəzifəlilər tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışa AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun bir neçə əməkdaşı da qoşulub.

Bu gün onlardan biri, Elmi innovasiya və informasiya şöbəsinin proqramlaşdırıcısı İlkin Bəxtiyar oğlu Yunusov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən səfərbərlik üzrə hərbi hissələrə yola salınıb. İ.Yunusov  bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq orduda xidmət etmək üçün çağırışın ilk günündən müraciət edib və müvafiq formada qeydiyyata alınıb. İ.Yunusov hər an Ali Baş Komandanın əmri ilə cəbhəyə getməyə hazır olduğunu bildirib. Qeyd edib ki, işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən Ordumuzun sıralarına qoşulmaqdan şərəf və qürur hissi keçirir.

 

Fiziologiya İnstitutunun rəhbərliyi başda olmaqla bütün kollektivi isə əməkdaşımız və fəxrimiz olan İlkin Yunusova bu şərəfli yolda uğurlar arzulayır!

 

YOLUN AÇIQ OLSUN, İGİD ƏSGƏR!

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.