XƏBƏRLƏR Arxiv 48 Çap et
11.11.2020 / Mühüm hadisələr İnstitut kollektivi n sayli hərbi hissə tərəfindən təşəkkürnamə alib

Bu gün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun kollektivinin təşəbbüsü N saylı hərbi hissə tərəfindən xüsusi dəyərləndirilib.

Belə ki, hərbi müəssisə və hərbi qulluqçulara göstərilən mütəmadi dəstək və yardımlara görə minnətdarlıq əlaməti olaraq institut kollektivi Təşəkkürnamə ilə təltif edilib.

Hərbi hissənin zabit və əsgərləri İnstitutun kollektivinə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədli atdıqları hər bir addıma görə təşəkkürünü bildiriblər.

Bu göstərilən diqqətə görə İnstitut kollektivi də öz növbəsində hərbçilərimizə təşəkkürünü bildirib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edə ki, müharibə dövründə ordunun qalibiyyəti, əsgərlərin mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılması, öl­kəmizin ədalətli mübarizəsinin regional və dünya səviyyəli elm və me­dia qu­rumlarında obyektiv şəkildə işıqlandırılması, milli maraqların qorunması istiqamətində Fiziologiya İnstitutu bir sıra işlər görüb. Eyni zamanda İnstitut əməkdaşları cəbhəboyu ərazidəki hərbi hissələrə səfər ediblər, hərbçilərimizə sovqat - isti geyimlər, dərman vəsaitləri aparıb, “Könüllü poçt” kampaniyası çərçivəsində mütəmadi olaraq Azərbaycan Ordusunun əsgər və zabitlərinə vətəndaşlarımız tərəfindən yazılan, onlara mənəvi dəstək, qələbə ruhu verən məktublar çatdırıb, qana ehtiyacı olan hərbçilərimiz üçün qanvermə aksiyasında iştirak ediblər.

Hər şey vətən üçün! Yaşasın Azərbaycan!

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.