XƏBƏRLƏR Arxiv 324 Çap et
16.01.2019 / Yeni nəşrlər Professor F.B. Əsgərovun "Reseptordan refleksə dogru" monoqrafiyası nəşr olunmuşdur

     Yaxın günlərdə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun "Hüceyrələrin morfofonksional plastikliyi" laboratoriyasının rəhbəri biologiya elmləri doktoru, professor Əsgərov Fəxrəddin Bəhram oğlunun "Reseptordan refleksə doğru" monoqrafiyası dərc olunmuşdur. Monoqrafiya bioloji tibbin ən aktual məsələlərindən biri olan - qidalanmanın  biotik dövriyyənin bir faktoru kimi, interoreseptiv mübadilə reflekslərin periferik və mərkəzi mexanizmlərinin formalaşmasında bilavasitə iştirak edən , həmçinin canlı orqanizm sistemlərində məqsədyönlü  motivasion-emosional və şərtli-refleks reaksiyaların həyata keçirilməsində roluna həsr olunmuşdur.

     Monoqrafiya 6 fəsildən ibarətdir. İlk iki fəsil reseptorlar, onların  funksiyaları və refleksləri haqqında ümumi anlayışa həsr olunmuşdur. Üçüncü fəsildə heyvanların şərti-refleks aktivliyinin formalaşmasında dominant, motivasiya və emosiya əlaqələrinin rolu barədə məlumat verilmişdir. Dördüncü fəsildə qidanın biotik dövriyyədə və beyinin inteqrativ fəaliyyətinin formalaşmasında təkamül rolunun  tədqiqatlarının nəticələri təqdim olunmuşdur. Beşinci fəsildə intereroreseptiv mübadilə reflekslərinin mexanizminin periferik və mərkəzi əlaqələri barədə məlumatlar verilmişdir. Altıncı fəsildə uyğunlaşma davranışının neyrohumoral tənzimləmə -"uyğunlaşmanın struktur izi" proqramının mərkəzi sinir sistemi səviyyəsində mexanizmlərin formalaşmasında qida tərkibinin təkamül rolu haqqında məlumatlar  ümumiləşdirilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.