XƏBƏRLƏR Arxiv 288 Çap et
05.02.2019 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun əməkdaşları elmi-praktik konfransda iştirak etmişdirlər

     5 fevral 2019-cu il tarixində AMEA-nın Mikrobiologiya İnstitutunda 2 Fevral Gənclər Günü münasibətilə "Müasir biologiyanın aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

     Bu konfransda Fiziologiya İnstitutunun "Uzunömürlülüyün fiziologiyası" laboratoriyasının a.e.i., b.ü.f.d. Zenfira Qədimova, k.e.i Nigar Teymurova; "Ontogenezin biokimyası" laboratoriyasının b.e.i., b.ü.e.d. Leyla Qədirova, böyük laborant Zərnigar Qasımova; "Ekotoksikologiya" laboratoriyasının k.e.i. Aytən Muradova; "Neyrofiziologiya" laboratoriyasının k.e.i. Nigar Hüseynova; "Təbii mənşəli heroprotektorların farmakologiyası" laboratoriyasının e.i. Sevinc Quliyeva konfransda fəal iştirak etmişdirlər.

     İnstitutun 2 əməkdaşı - Nigar Teymurova "Ekzogen faktorların və stress amilinin qocalma proseslərinə dair" və Leyla Qədirova  "Impact of prenatal stress exposed during organogenesis on glutamate synthesis in the mitochondria of different brain structures of rat off spring"  mövzuları üzrə  məruzə ilə çıxış etmişlər. 

     Adları qeyd olunan bütün iştirakçılar sonda sertifikatla təltif olundular.  Gənc həmkarlarımıza uğurlarının davamlı olmasını arzulayırıq!

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.