XƏBƏRLƏR Arxiv 116 Çap et
14.02.2019 / Mühüm hadisələr Fiziologiya İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə bürünc medala layiq görülüb

     2019-cu il 12-14 fevral tarixlərində  Bakı şəhərində “Sabahın alimləri“ VIII Respublika müsabiqəsi keçirilib. Bu tədbirdə Azərbaycan müxtəlif bölgələrindən, o cümlədən Bakı, Sumqayıt, Ağdaş, Qax, Balakən, Şəkidə yerləşən ümumtəhsil müəssisələrində təhsil alan coxsaylı şagird layihə ilə iştirak etmişlər. O cümlədən, Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksdə təhsil alan 11-ci sinif şagirdlərin  Əliyeva Tahirə Nizami qızı  və Məmmədova Almaz Arzu qızı “Tibb və sağlamlıq” adlı olan müsabiqənin istiqaməti üzrə “Stresə qarşı individual reaktivliyə malik olan heyvanlarda antidepresantların həyəcanlılıq durumuna etoloji effektlərin öyrənilməsi“ adlı lahiyə bürünc medalı ilə mükəfatlanıb. Lahiyə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Ekotoksokoloqiya“ laboratoriyasının b.ü.e.d., baş elmi işci İsmayılova Xədicə Yusif qızının rəhbərliyi altında yerinə yetirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.