XƏBƏRLƏR Arxiv 222 Çap et
06.01.2021 / Maraqlı məlumatlar İnstitutun əməkdaşı beynəlxalq sertifikata layiq görülüb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Hüseynov Şövqi Bayram oğlu Amerika Birləşmiş Ştatlarının dünyada tibb və biologiya sahəsində son 30 ildə ən yaxşı universiteti olan Johns Hopkins Universitetinin "İntroduction to the Biology of Cancer" (Xərçəngin Biologiyasına Giriş) ay yarımlıq kursunu müvəffəqiyyətlə başa vurmuş və yekun imtahanda yüksək (93,2%) nəticə göstərərək beynəlxalq sertifikata layiq görülmüşdür.

Bu kursda xərçəng proseslərinin etiologiyası (səbəbi), patogenezi (inkişaf mexanizmləri), genetikası, diaqnostik müayinə üsulları, müalicə üsulları və hazırda dünyada aparılan və gələcəkdə alimlərin aparmalı olacağı tədqiqatlar geniş şəkildə yüksək səviyyədə təqdim edilib.

Bu kurs nəticəsində qazanılmış biliklərin Fiziologiya İnstitutunda aparılacaq bu istiqamətli tədqiqatlarda istifadə olunması nəzərdə tutulur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.