XƏBƏRLƏR Arxiv 34 Çap et
18.02.2021 / Yeni nəşrlər U.F.Həşimova: “Planetimiz getdikcə qocalır”

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Elm və həyat” elmi-populyar jurnalında çap olunan “Azərbaycanda herontoloji tədqiqatlara dair” adlı məqaləsində  son dövrlərdə dünya əhalisinin demoqrafik götəricilərində ciddi dəyişiklər olduğunu bildirib. Professor qeyd edib ki, yaşı 65 və daha çox olan insanların daxil olduğu yaş kateqoriyasının xüsusi çəkisi get-gedə artır. Bu artıma səbəb olan amillərdən söz açan alim, ekspertlərin fikrinə istinad edərək vurğulayıb ki, 2050-ci ildə dünyada 2 milyard insan 60+ yaş kateqoriyasına aid olacaq. Proqnozlara görə yaxın gələcəkdə 80+ yaş kateqoriyasından olanların sayı 5 yaşadək olan uşaqların sayına bərabər olacağını söyləyən alim, planetimizin getdikcə qocaldığını bildirib. Ulduz Həşimova, Azərbaycanda sağlam qocalmanın sirrlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı ən yüksək uzunömürlülük indekslərinə dağlıq və dağətəyi ərazilərdə rast gəlindiyini vurğulayıb.

Professor onu da qeyd edib ki, tibbi-bioloji müayinələr zamanı uzunömürlülərdə və onların yaxın qohumlarında ürək-damar, sinir, psixo-fiziloji sferada yaşla əlaqədar xəstəliklər və patoloji hallara az rast gəlinir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.