XƏBƏRLƏR Arxiv 334 Çap et
27.03.2019 / Mühüm hadisələr Fiziologiya Institutunda “açıq qapı” günü keçirilib

     AMEAnın akademik Abdulla Qarayev adına Fiziologiya institutunda martın 27-də elm gününə həsr olunmuş tədbir keçirilmişdir. Bununla əlaqədar olaraq institutda açıq qapı günü elan olunmuşdur və Azərbaycanın ali təhsil ocaqlarından gələn tələbələrə bu elmi-tədqiqat müəssisənin işləri ilə tanış olmaq imkanı verilmişdir.

     Həmin gün Fiziologiya institutuna ADPU-nun və BDU-nun tələbələri gəlmişdilər. İnstitutun işçiləri tələbələri aparılan tədqiqatlarla və istifadə olunan təhcizatla tanış etdilər. Sonra tələbələr üçün elmi yığıncaq keçirildi. İlk olaraq institutun direktoru b.ü.e.d. Ulduz Həşimova gənc nəsli salamlayaraq, onları gələcək elmi fəaliyyətə çağırdı. Sonra auditoriya qarşısında elmi işlər üzrə direktor müavini f.-r.ü.e.d. prof. Əhməd Hacıyev çıxış edərək bizim ölkəmizdə fiziologiyanın yaranma tarixindən və elmi istiqamətlərindən danışdı. AMEA-nın müxbir üzvü  Nuru Bayramov çıxışı auditoritanın yüksək marağına səbəb oldu. Hörmətli alim öz çıxışında ətraflı olaraq bizim ölkəmizin ali təhsil müəssisələrinin biologiya fakültələrində əldə edilən biliklərin potensial tədbiq sahələrindən danışdı.

     Həmçinin yığıncaqda adı dünya ixtioloqları arasında yüksək nüfuza malik olan AMEA-nın müxbir üzvü Rafiq Qasımov çıxış etdi. O, müasir dövrdə ətraf mühitin günbəgün çirklənməsinin artan şəraitdə  institutda aparılan ekotoksikololoji tədqiqatların nə qədər vacıb olduğunu vurğuladı. Daha sonra tələbələr qarşısında institutun gənc alimləri Aytən Muradova və b.ü.f.d. Zemfira Qədimova öz məruzələri ilə çıxış etdilər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.