XƏBƏRLƏR Arxiv 105 Çap et
30.03.2021 / Görüşlər Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova Rusiya Federasiyasının Moskva şəhərində ezamiyyətdə olub. Avtonom qeyri-kommersiya təşkilatı olan “Herontologiya” Elmi-tədqiqat Tibbi Mərkəzinə səfər zamanı akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə bu müəssisə arasında elmi-praktiki əlaqələrin daha da genişləndirilməsi, herontologiya və immunofiziologiya sahələrində birgə tədqiqat planlarının hazırlanması məsələləri müazakirə olunub. Qeyd edək ki, “Herontologiya” Elmi-tədqiqat Tibbi Mərkəzi ilə Fiziologiya İnstitutu arasında hələ 2017-ci ildən qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Səfərin sonunda Mərkəzin rəhbərliyi tərəfindən Fiziologiya İnstitutuna professorlar Andrey İlnitskiy və Kirill Proşayevin müəllifi olduğu “Продолжение будет: книга о возрасте” (“Davamı olacaq: yaş haqqında kitab”) kitabı hədiyyə edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.