XƏBƏRLƏR Arxiv 34 Çap et
27.04.2021 / Maraqlı məlumatlar Xalis mis istehsal edən bakteriya tapılıb

Braziliyanın Para ştatı ərzisindəki şaxtada xalis mis istehsal edən bakteriya ştammı aşkar olunub.

Bu barədə “Science Advances” elmi jurnalında məqalə dərc edilib.

Bildirilib ki, tapıntının müəllifləri Hyuston Universitetinin alimləridir.

Həmçinin qeyd olunub ki, “Bacillus” cinsindən olan qeyri-adi bakteriya şaxtadakı mikrobların öyrənilməsi zamanı üzə çıxarılıb.

oxu.az