XƏBƏRLƏR Arxiv 62 Çap et
29.04.2019 / Ekspedisiya xəbərləri Fiziologiya İnstitutunun əməkdaşları Sofiya şəhərində elmi ezəmiyyətdə olublar

         22-25 aprel tarixində Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Təbii mənşəli heroprotektorların farmakologiyası” laboratoriyasının böyük elmi işçi, b.ü.f.d. Pərvanə Şükürova və İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fərhad Rüstəmov Azərbaycan Milli Elmlər Akademiyası və Bolqarıstan Elmlər Akademiyası arasınada birgə  “Eksperimental osteoartroz modelində bitki mənşəli maddələr vasitəsilə yaşdan asılı xəstəliklərin zəiflədilməsi” adlı lahiyə çərçivəsində Sofiya şəhərində yerləşən Stefan Angelov adına Mikrobiologiya İnstitutunda olmuşdular. Səfər zamanı “Eksperimental İmmunologiya” laboratoriyasının  müdiri elmlər namizədi, dosent Andrey Tçorbanov ilə görüşüb, laboratoriyanın iş prinsipi, təchizatı ilə tanış olub, yeni metodikaları öyrənmişdilər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.