XƏBƏRLƏR Arxiv 271 Çap et
30.04.2019 / Mühüm hadisələr Fiziologiya İnstitutunun gənc alimləri beynəlxalq konfransda iştirak ediblər

     Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı” keçirilib. Konfransda əvvəlcə dövlət himni səsləndirilib. Universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq və gənclərin elmə olan marağını artırmaqdır.

     Konfrans plenar və daha sonra müvafiq bölmələr üzrə iclaslarla öz işini davam etdirib. AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun gənc alimləri – b.ü.f.d., a.e.i Zenfira Qədimova, b.ü.f.d., b.e.i. Leyla Qədirova, elmi işçilər Sevinc Quliyeva, Gülnar Cəfərova, Rəxşanə Əhmədova və kiçik elmi işçi Nigar Hüseynova konfransda maraqlı məruzələrlə çıxış etmişdirlər. Konfransın sonunda İnstitutumuzun gənc alimləri sertifikatlarla təltif olunublar.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.