XƏBƏRLƏR Arxiv 250 Çap et
03.05.2019 / Maraqlı məlumatlar Fiziologiya İnstitutunun gənc alimləri uşaq evini ziyarət edib

     AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü və İnstitutun bir qrup əməkdaşının dəstəyi ilə uşaq evini ziyarət ediblər. Tədbir Sabunçu qəsəbəsində yerləşən “Ümid yeri” Xeyriyyə Cəmiyyətinin şəraiti, qidalanması, sinif otaqları, uşaqların əl işlərindən ibarət hazırlanmış guşə və s. ilə tanışlıqla başlayıb. İnstitutun gənc alimlərinin iştirakı ilə sığınacaq mərkəzinin sakinlərini qarşıdan gələn Ramazan ayı münasibətilə təbrik etmiş, hədiyyələr ilə sevindirmişlər. Eyni zamanda tədbirdə körpələrimiz də gənc alimlərə özlərinin səhnəcikləri ilə sevindirmiş, həm Fiziologiya İnstitutunun əməkdaşlarını, həm də Azərbaycan xalqına öz təbriklərini çatdırıblar.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.