XƏBƏRLƏR Arxiv 43 Çap et
30.06.2021 / Konfranslar, iclaslar Fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçirilib

AMEA-nın  akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.08 Dissertasiya Şurasının növbəti iclası  keçirilib.

İnstitutun direktoru b.e.d., prof. Ulduz Həşimovanın sədrliyi altında onlayn formatda baş tutan iclasda dissertant Əliyev İlqar Səfəralı oğlunun 2411.01 – “İnsan və heyvan fiziologiyası” ixtisasından biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Futbol məşğələlərinin yeniyetmələrin inkişafına, dözümlülük və funksional imkanlarının formalaşmasına təsiri” mövzusunda dissertasiya işi müdafiə olunub.

Mövzu Dissertasiya Şurasının üzvlərində böyük maraq doğurmuş, onların çoxsaylı sualları iddiaçı tərəfindən peşəkar səviyyədə cavablandırılmışdır. Dissertasiya işi Fiziologiya İnstitutundan, Azərbaycan Tibb Universitetindən və digər təşkilatlardan olan Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və sonda gizli elektron səsvermə yolu ilə iddia edilən elmi dərəcənin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması bir səslə qəbul edilib.

Qeyd edək ki, müdafiə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair”  tələblərinə uyğun formada təşkil edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.