XƏBƏRLƏR Arxiv 86 Çap et
29.09.2021 / Görüşlər TƏBİB və AMEA-nın birgə təşkilatçılığı ilə elmi-tədqiqat institutlarına metodik dəstək məqsədli görüş keçirilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat və Təhsil Departamenti və AMEA-nın Beynəlxalq əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib.

Görüş qurumların tabeliyində olan elmi-tədqiqat institutlarının tibb sahəsində beynəlxalq qrant proqramlarına müraciət etmələrinə metodik dəstək məqsədilə təşkil edilib.

Tədbirdə TƏBİB-in şöbə müdiri Emil Civişov, AMEA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, “Horizon-EUROPE” Tədqiqat və İnnovasiya Proqramı üzrə milli əlaqələndirici şəxslər, İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri Tofiq Babayev, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Zaur Həsənov, Azərbaycan Tibb Universiteti və Azərbaycan Gənclər və İdman Nazirliyinin əməkdaşı Rəhimə Qabulova, Coğrafiya İnstitutunun əməkdaşı Rövşən Kərimov, TƏBİB-in məsul əməkdaşları Fərəh Osmanova, Nərgiz Sadıqzadə, eləcə də qurumun tabeliyində olan elmi-tədqiqat institutlarının əməkdaşları iştirak ediblər.

Tədbirdə “Horizon-EUROPE” Tədqiqat və İnnovasiya proqramı üzrə milli əlaqələndirici şəxslər tərəfindən layihə ilə bağlı təqdimatlar nümayiş olunub və mövzu ilə bağlı suallar cavablandırılıb.

aztibb.az