XƏBƏRLƏR Arxiv 78 Çap et
23.11.2021 / Mühüm hadisələr Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova Türkiyə Cumhuriyyətinin Antalya şəhərində Kütahya Dumlupınar Universitetində ezamiyyətdə olub. Səfər zamanı akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə bu müəssisə arasında elmi-praktiki əlaqələrin daha da genişləndirilməsi, biokimya sahəsində birgə tədqiqat planlarının hazırlanması məsələləri müazakirə olunub. Qeyd edək ki, görüş 2021-ci ilin oktyabr ayında Kütahya Dumlupınar Universiteti ilə Fiziologiya institutu arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında müqavilə çərçivəsində baş tutub.

Görüş zamanı Kütahya Dumlupınar Universiteti ilə biotibb sahəsində aparılacaq elmi tədqiqatlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. Müqaviləyə əsasən hər iki tərəf birgə  beynəlxalq konfrans və simpoziumlar təşkil edib, elmi toplu və məcmuələr nəşr edə biləcək.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.