XƏBƏRLƏR Arxiv 48 Çap et
02.10.2019 / Konfranslar, iclaslar İnstitutun əməkdaşları yanğından mühafizə haqqında seminarda iştirak ediblər

Bu gün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun bir qrup əməkdaşı Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsinin təşkilatçılığı ilə keçirilən "Yanğından mühafizə üsulları və onların həyata keçirilməsində müəssisə və təşkilatların üzərinə düşən vəzifələr" mövzusunda seminar məşğələdə iştirak edib.

Tədbirdə AR Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin baş mütəxəssisi Nizami  Fərəcov, FHN-in 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini, polkovnik Camal Zamanov, həmin qurumun əməkdaşı, mayor Vurğun Yusifli, AMEA-nın elmi müəssisə və təşkilatlarının ümumi işlər üzrə direktor müavinləri, MM qərargah  rəisləri və yanğınsöndürmə manqaların üzvləri iştirak  ediblər.

Maarifləndirmə məqsədi daşıyan seminarda iştirakçılara təxliyyə planlarının hazırlanması, fövqəladə  hadisələr zamanı davranış qaydaları haqqında məlumat verilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.