XƏBƏRLƏR Arxiv 172 Çap et
19.04.2022 / Mühüm hadisələr BDU tələbələrinin Fiziologiya İnstitutunda istehsalat təcrübəsi başa çatıb

18-19 aprel tarixlərində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda istehsalat təcrübəsini keçən 25 nəfər 4-cü kurs tələbəsi institutun alimləri qarşısında təqdimatla çıxış ediblər.

Tələbələr institut laboratoriyalarında təcrübə keçdikləri 2 ay müddətində burada aparılan elmi-tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olub, aparılan elmi-tədqiqat işlərində dünya praktikasında tətbiq olunan metodları mənimsəyiblər.

Daha sonra laboratoriyalarda təcrübə keçən tələbələr təqdimatlarla çıxış edib, onlara verilən sualları cavablandırıblar.

Yekun qiymətləndirmədən sonra istehsalat təcrübəsi başa çatıb.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.