XƏBƏRLƏR Arxiv 165 Çap et
03.05.2022 / Görüşlər Fiziologiya İnstitutunun əmədaşları sağlamlıq imkanları məhdud uşaqlarla görüşüblər

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları müqəddəs Ramazan ayı münasibətilə Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində sağlamlıq imkanları məhdud uşaqlarla görüşüblər.
 
Təhsil müəssisənin müəllim və şagirdlərinin qatıldığı tədbiri açan Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş meneceri Könül İbrahimova burada təhsil alan uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. O, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əqli və fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını vurğulayıb.
 
Sosial Xidmət Müəssisəsinin rəhbəri Pərvanə Səfərova onları belə bir gündə yad edərək görüşə gəldiklərinə görə tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib. O, müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal təhsili, həmçinin onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib.
 
Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.
 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.