Beynəlxalq layihələr
  1. “Nanometal tərkibli yeni hepatoprotektor­ların alınması və bioloji xassələrinin öyrənilməsi”Ukrayna Elm və Texnologiya Mərkəzi tərəfindən maliyyə dəstəyinə layiq görülmüş layihə (2016-2018) üzrə tədqiqatlar davam etdirilmişdir. İcraçılar: Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, M.F. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Radiasiya Problemləri İnstitutu;
  2. “Heliogeofiziki şəraitin variasiyaları və onların texnoloji-bioloji sistemlərə təsiri” (2017-2018). İcraçılar: Şamaxı Astrofizika Rəsədxanası, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, AR Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutu, Bolqarıstan Elmlər Akademiyası, İsrael Cosmic Ray & Space Weather Centre, İsrail;
  3. “Bədxassəli şişlərin kök hüceyrələrinin məcburi differensiasiyası”Ukrayna Elm və Texnologiya Mərkəzi tərəfindən maliyyə dəstəyinə layiq görülmüş layihə (2017-2019). İcraçılar: Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, İlli­nois Universitetinin Ağız Xəstəlik­lə­ri­nin Müalicəsi və Diaqnostikası Elmləri Kafedrası, Çikaqo, ABŞ;
  4. “Siçovullarda eksperimental osteoartoz modeli fonunda bitki mənşəli maddələr vasitəsilə yaşdan asılı xəstəliklərin zəiflədilməsi”.İcraçılar: Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Bolqarıstan EA Mikrobiologiya İnstitutu;
  5. “Qocalma prosesində innovativ reabilitasiya tədbirlərinin işlənib hazırlanması məqsədi ilə Alsheymer xəstəliyinin eksperimental modelində görmə sisteminin funksiyalarının pozulması mexanizmlərinin neyrofizioloji analizi” AR Prezidenti yanında Elmin İnkişafı Fondunun 2+-ci Azərbaycan-Belarus birgə qrant müsabiqəsi üzrə (2018-2020). İcraçılar: Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Belarus MEA Fiziologiya institutu;
  6. “Bukkal epitelidə siqnal molekullarının ekspressiyası: homeostazın stabilliyinin qiymətləndirilməsi və sosial əhəmiyyətli insan xəstəliklərinin diaqnostikası və proqnozunun optimallaşdırılması üçün markerlər panelinin işlənilməsinə yeni yanaşmalar”AR Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə (2018-2020). İcraçılar: Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Azərbaycan Tibb Universiteti;
  7. “Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmüddətli proqnozlaşdırılması və biosistemlərə təsiri”AR Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə (2018-2020). İcraçılar: AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası, Şamaxı Astrofizika Rəsədxanası, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu.
  8. “Azərbaycanın dərman florasının bəzi endem və nadir növlərinin antimikrob fəallığının, fitokimyəvi tərkibinin tədqiqi və onlardan dərman xammalının alınması üçün biotexnoloji yanaşmaların işlənilməsi” AR Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə (2018-2020). İcraçılar: Botanika İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Azərbaycan Tibb Universiteti.