XƏBƏRLƏR Arxiv 174 Çap et
26.12.2018 / Maraqlı məlumatlar Fiziologiya İnstitutunda Yeni il tədbiri keçib

     Dekabr ayının 26-da AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun akt zalında institutun əməkdaşları üçün musiqili əyləncəli Yeni il tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Milli Konservatoriyanın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev “Qaytağı”, “Dilqəmi” muğamları ilə və onun tələbələri Ramal Hüseynov, İsmayıl İsmayılov, Samir Əliyev, Şirinbala Şirinov,  “Xalq ulduzu” yarışmasının qalibi Anar Nəbiyev “Səslərəm səni”, “Azərbaycan” mahnıları ilə, gənc müğənni Sona Nərimanqızı, Beynəlxalq Muğam müsabiqəsinin 1-ci yer qalibi, Prezident mükafatçısı, televiziya muğam müsabiqəsinin diplomantı Elsevər Muradov, həmçinin Orxan Hüseynli, Sədəf  Budaqova, Ruslan İsmayılov və bir çox ifaçılar iştirak etmişlər. Eyni zamanda muğam musiqisi sahəsində xidmətləri olan Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin xanəndə, qəzəlxan  müəllimi Səlim Nəsirli “Bayatı Şiraz Təsnifi” muğamı ilə və onun şagirdləri iştirak etmişlər.

     Yeni il şənliyi yüksək şəkildə təşkil edilmişdir. Canlı milli musiqi institutun əməkdaşları tərəfindən çox isti qarşılanmışdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.